Şəbəkə və Avadanlıq Quraşdırılması
Ofisiniz üçün kabel və Wi-Fi şəbəkələrinin layihələndirilməsi, marşrutlaşdırıcıların (Router/Switch) sazlanması və İT infrastrukturun qurulması.
İT infrastrukturundan kibertəhlükəsizliyə, veb həllərdən texniki dəstəyə qədər bütün proseslərinizi başdan-ayağa biz idarə edirik — siz isə texniki qayğıları unudub rahatlıqla biznesinizi böyütməyə fokuslanırsınız.
Fərqli icraçılarla vaxt itirməyin. Bütün İT, proqramlaşdırma və təhlükəsizlik proseslərinizi tək müqavilə və vahid cavabdeh komanda ilə idarə edirik.
İstifadəçi cihazları, şəbəkə və server səviyyəsində fasiləsiz texniki dəstək və sistem inzibatçılığı.
Korporativ saytlar, e-ticarət platformaları və daxili idarəetmə portalları — sürətli, təhlükəsiz və genişlənən sistemlər.
Təhlükəsizlik auditi, boşluqların təyini (Penetration Testing) və şəbəkənin 7/24 monitorinqi.
Quru sözlərə deyil, dəqiq nəticələrə söykənirik. Hər bir layihədə dəyişməz 4 əsas prinsipi rəhbər tuturuq.
Bakıda yerləşən mütəxəssislərimizlə birbaşa ünsiyyət. Saat fərqi və dil bariyeri olmadan sorğularınıza cavab veririk.
Bütün xidmətlər üzrə sizə xüsusi ayrılmış menecer cavabdehdir. Məsələni kimə ünvanlayacağınızı axtarmaqla vaxt itirmirsiniz.
Görülən işlər, icra olunan tapşırıqlar və büdcə bölüşdürülməsi üzrə aylıq ətraflı hesabat. Qaranlıq məqam və gizli xərclər olmur.
Hər layihəyə dərin təhlükəsizlik auditi ilə başlayırıq. Kibertəhlükəsizlik bizdə sonradan əlavə olunan xidmət deyil, bünövrənin əsasıdır.
İnsan amilindən asılı olmayan, avtomatlaşdırılmış və uzaqdan nəzarət olunan müdafiə sistemi qururuq:
Biz sadəcə sayt yığmırıq. İnsanların asanlıqla istifadə etdiyi, sürətlə açılan və biznesinizi irəli aparan rahat rəqəmsal mühit yaradırıq.
Ziyarətçinin axtardığı məlumatı, qiyməti və ya əlaqəni saniyələr ərzində tapdığı, brendinizə inam yaradan müasir saytlar.
Alıcını yormayan, məhsul seçimindən ödənişə qədər hər addımı sadə və sürətli olan satış platformaları.
Sifarişləri, müştəriləri və işçilərin proseslərini kağız-kuğuzsuz, tək bir ekrandan idarə etmək üçün xüsusi sistemlər.
Şəxsi müştəri kabinetləri, onlayn rezervasiya sistemləri və ya biznes məntiqli interaktiv portallar.
Kompüter şəbəkələrinin qurulmasından serverlərin idarə olunmasına və gündəlik texniki problemlərin həllinə qədər bütün İT işlərinizi bir nöqtədən idarə edirik.
Ofisiniz üçün kabel və Wi-Fi şəbəkələrinin layihələndirilməsi, marşrutlaşdırıcıların (Router/Switch) sazlanması və İT infrastrukturun qurulması.
Lokal serverlərin və bulud sistemlərinin quraşdırılması, məlumatların ehtiyat nüsxələrinin çıxarılması
Təkrar olunan texniki tapşırıqları, proqram yenilənmələrini və ehtiyat nüsxələmə proseslərini avtomatlaşdıraraq insan xətası riskini sıfıra endiririk.
Mövcud İT infrastrukturdakı zəifliklərin və ləngimələrin aşkarlanması, avadanlıqların yenilənməsi və xərclərin azaldılması üçün optimal planın hazırlanması.
SENTRI şirkətlərə etibarlı və davamlı İT həlləri təqdim edən peşəkar texnologiya komandasıdır. İnfrastruktur qurulması və İT dəstək, veb həlləri və kibertəhlükəsizlik sahələrində bizneslərin texnoloji ehtiyaclarını qarşılayırıq.
Məqsədimiz sadəcə xidmət göstərmək deyil, keyfiyyətli iş, şəffaf əməkdaşlıq və uzunmüddətli etibar yaratmaqdır.
Yeni sayt hazırlatmaq, mövcud sistemi yeniləmək və ya İT dəstəyi almaq istəyirsiniz? Görmək istədiyiniz işi qısaca yazın.