SENTRI.AZ — RƏQƏMSAL KEŞİKÇİNİZ

Şirkətinizin Texnoloji prosesləri
Etibarlı Əllərdə

İT infrastrukturundan kibertəhlükəsizliyə, veb həllərdən texniki dəstəyə qədər bütün proseslərinizi başdan-ayağa biz idarə edirik — siz isə texniki qayğıları unudub rahatlıqla biznesinizi böyütməyə fokuslanırsınız.

Xidmətlər

Üç əsas xidmət sahəsi, vahid dəstək

Fərqli icraçılarla vaxt itirməyin. Bütün İT, proqramlaşdırma və təhlükəsizlik proseslərinizi tək müqavilə və vahid cavabdeh komanda ilə idarə edirik.

İT İnfrastruktur və Dəstək

İstifadəçi cihazları, şəbəkə və server səviyyəsində fasiləsiz texniki dəstək və sistem inzibatçılığı.

Veb Həllər

Korporativ saytlar, e-ticarət platformaları və daxili idarəetmə portalları — sürətli, təhlükəsiz və genişlənən sistemlər.

Kibertəhlükəsizlik

Təhlükəsizlik auditi, boşluqların təyini (Penetration Testing) və şəbəkənin 7/24 monitorinqi.

Niyə məhz Sentri?

Quru sözlərə deyil, dəqiq nəticələrə söykənirik. Hər bir layihədə dəyişməz 4 əsas prinsipi rəhbər tuturuq.

01

Yerli komanda və sürətli reaksiya

Bakıda yerləşən mütəxəssislərimizlə birbaşa ünsiyyət. Saat fərqi və dil bariyeri olmadan sorğularınıza cavab veririk.

02

Vahid əlaqə nöqtəsi

Bütün xidmətlər üzrə sizə xüsusi ayrılmış menecer cavabdehdir. Məsələni kimə ünvanlayacağınızı axtarmaqla vaxt itirmirsiniz.

03

Tam şəffaf hesabatlılıq

Görülən işlər, icra olunan tapşırıqlar və büdcə bölüşdürülməsi üzrə aylıq ətraflı hesabat. Qaranlıq məqam və gizli xərclər olmur.

04

İlk gündən maksimum təhlükəsizlik

Hər layihəyə dərin təhlükəsizlik auditi ilə başlayırıq. Kibertəhlükəsizlik bizdə sonradan əlavə olunan xidmət deyil, bünövrənin əsasıdır.

Kibertəhlükəsizlik

Təhlükəsizliyinizi necə təmin edirik?

İnsan amilindən asılı olmayan, avtomatlaşdırılmış və uzaqdan nəzarət olunan müdafiə sistemi qururuq:

  • Sistem auditi və sazlanma — İnfrastrukturun təhlili, zəifliklərin bağlanması və təhlükəsizlik qaydalarının düzgün konfiqurasiyası.
  • Avtomatlaşdırılmış müdafiə — Təhdidlərin insan müdaxiləsi olmadan, avtomatik aşkarlanması və bloklanması.
  • Uzaqdan idarəetmə — Bütün təhlükəsizlik qaydalarını və yenilənmələri işinizə mane olmadan, məsafədən tənzimləyirik.
  • Operativ dəstək — İnsident zamanı dərhal uzaqdan müdaxilə və sistemin fasiləsiz bərpası.
VEB HƏLLƏRİ

Müştəriyə rahat olan, biznesinizə gəlir gətirən rəqəmsal həllər.

Biz sadəcə sayt yığmırıq. İnsanların asanlıqla istifadə etdiyi, sürətlə açılan və biznesinizi irəli aparan rahat rəqəmsal mühit yaradırıq.

Korporativ saytlar

Ziyarətçinin axtardığı məlumatı, qiyməti və ya əlaqəni saniyələr ərzində tapdığı, brendinizə inam yaradan müasir saytlar.

Onlayn mağazalar (E-ticarət)

Alıcını yormayan, məhsul seçimindən ödənişə qədər hər addımı sadə və sürətli olan satış platformaları.

Şirkətdaxili panellər

Sifarişləri, müştəriləri və işçilərin proseslərini kağız-kuğuzsuz, tək bir ekrandan idarə etmək üçün xüsusi sistemlər.

Veb-tətbiqlər və Xüsusi platformalar

Şəxsi müştəri kabinetləri, onlayn rezervasiya sistemləri və ya biznes məntiqli interaktiv portallar.

İT İNFRASTRUKTUR VƏ DƏSTƏK

Biznesinizin İT infrastrukturunu dayanıqlı və təhlükəsiz edirik.

Kompüter şəbəkələrinin qurulmasından serverlərin idarə olunmasına və gündəlik texniki problemlərin həllinə qədər bütün İT işlərinizi bir nöqtədən idarə edirik.

Şəbəkə və Avadanlıq Quraşdırılması

Ofisiniz üçün kabel və Wi-Fi şəbəkələrinin layihələndirilməsi, marşrutlaşdırıcıların (Router/Switch) sazlanması və İT infrastrukturun qurulması.

Server və Bulud İdarəetməsi

Lokal serverlərin və bulud sistemlərinin quraşdırılması, məlumatların ehtiyat nüsxələrinin çıxarılması

İT Proseslərinin Avtomatlaşdırılması

Təkrar olunan texniki tapşırıqları, proqram yenilənmələrini və ehtiyat nüsxələmə proseslərini avtomatlaşdıraraq insan xətası riskini sıfıra endiririk.

İT Auditi və Optimizasiya

Mövcud İT infrastrukturdakı zəifliklərin və ləngimələrin aşkarlanması, avadanlıqların yenilənməsi və xərclərin azaldılması üçün optimal planın hazırlanması.

Haqqımızda

SENTRI HAQQINDA

SENTRI şirkətlərə etibarlı və davamlı İT həlləri təqdim edən peşəkar texnologiya komandasıdır. İnfrastruktur qurulması və İT dəstək, veb həlləri və kibertəhlükəsizlik sahələrində bizneslərin texnoloji ehtiyaclarını qarşılayırıq.

Məqsədimiz sadəcə xidmət göstərmək deyil, keyfiyyətli iş, şəffaf əməkdaşlıq və uzunmüddətli etibar yaratmaqdır.

3 Xidmət istiqaməti, bir komanda
12+ İl sektor təcrübəsi
24/7 Kritik müştərilər üçün növbətçilik
Əlaqə

İstəklərinizi yazın, müzakirə edək

Yeni sayt hazırlatmaq, mövcud sistemi yeniləmək və ya İT dəstəyi almaq istəyirsiniz? Görmək istədiyiniz işi qısaca yazın.

+994 70 695 01 21
Tbilisi pr. 3001, AZ1029